<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Seçildiz, sevildiz gəncliyinizdən,
 Allahın oğlu, qızı oldunuz.
 Rəbbin iradəsi gəldi Göylərdən -
 Biri-birinizə təyin olundunuz.

[C1]
   Təbrik edir sizləri Bakı gəncləri,
   Rəbbin lütfü ilə siz gedin irəli.
   Daha həyat yolunda tənha deyilsiz -
   Gündüz də, gecə də sizinlədir
   Həmişə sevən Rəbbiniz.

[V2]
 Birgə addımlayın daim Məsihdə,
 Qəlbiniz sevinclə, ümidlə dolsun.
 Kamil məhəbbətdə, kamil sevgidə
 Həyatınız hamıya nümunə olsun.</lyrics>
<title>Seçildiz, sevildiz gəncliyinizdən İL362</title>
<hymn_number>362</hymn_number>
</song>